İNNOVA İNŞAAT MMC

Satınalma və Logistika şöbəsinin rəhbəri

İNNOVA İNŞAAT MMC
Ə/h razılaşma ilə
1857
Tam iş günü
Bakı, Azərbaycan
10.09.2025 10:33 - 10.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət, Satınalmalar üzrə strategiyanın inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
  • Açılan sifarişlərin tələblərinin vaxtında və dəqiq təchiz edilməsini təmin etmək;
  • Xarici və daxili şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq üçün təqdim etmək;
  • Partnyor şirkətlərin məlumat bazasını yaratmaq, o cümlədən etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili və nəzarəti; 
  • Sifarişlər üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
  • Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət; 
  • Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqaqtlar aparmaq və nəticələr barədə hesabatlar hazırlamaq;
  • Təchizatçı şirkətlərlə işgüzar yazışma və danışıqlarda iştirak etmək;
  • Qiymət araşdırılmasının aparılması və xam-mal, avadanlıq və mal - material tədarükçülərinin axtarışına nəzarət etmək;
  • Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək;
  • Təchizatçılardan sifarişlərin hazırlanmasına və vaxtında yerləşdirilməsinə nəzarət etmək;
  • Təchizatçılarla müqavilələrin bağlanmasını əlaqələndirmək, sifarişlərin icrası və çatdırılma nəticələrini təhlil etmək və bu barədə rəhbərliyə hesabat vermək;
  • Xam-mal, material və məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, onların daşıyıcısını müəyyənləşdirmək, daşınma, ekspeditor və daşınma ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasına nəzarət etmək;
  • Nəqliyyat planlarının işlənib hazırlanmasına nəzarət etmək, nəqliyyatın texnoloji prosesini təşkil etmək;
  • Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
  • Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
  • Geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
  • Logistikada risk menecmentini həyata keçirmək - avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
  • Malların daşınması zamanı məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
  • Tabeliyində olan işçilərə rəhbərlik etmək.

İş haqqında məlumat:

  • Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: Həftəlik 6 iş günü (şənbə günü qısa iş günü);
  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pros.77 (Ölkə ərazisində icra edilən layihələr);
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Satınalma və Logistika şöbəsinin rəhbəri yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Tələblər

  • Sərbəst Azərbaycan dili ;
  • Rus dili (arzu olunandır);
  • Ali təhsil;
  • MS Office, 1C;
  • Minimum 3 il müvafiq sahədə əmək fəaliyyəti olmalı (tikinti sektoru üstünlükdür);
  • Azərbaycan Respublikası Dövlət satınalmaları haqqında qanunu və ümumiyyətlə qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
  • Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
  • MS Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
  • Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
  • Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
  • Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Komandada işləmək bacarığına sahib olmalıdır.


Oxşar vakansiyalar