Safe Life MMC

Satınalma və Təchizat üzrə Mütəxəssis

Safe Life MMC
Ə/h razılaşma ilə
669
Tam iş günü
Bakı, Azərbaycan
23/04/2026 - 07/05/2026

İş haqqında məlumat

  • Şirkət ehtiyaclarına uyğun təchizatçıların araşdırılması və seçilməsi;
  • Məhsul və xidmətlər üzrə qiymət sorğularının təşkili, müqayisəli təhlillərin aparılması və optimal təkliflərin hazırlanması;
  • Təchizatçılarla kommersiya şərtləri, qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə danışıqların aparılması;
  • Sifarişlərin vaxtında yerləşdirilməsi və icra prosesinə nəzarət olunması;
  • Müqavilələrin hazırlanması, icrasına nəzarət və sənəd dövriyyəsinin idarə olunması;
  • Bazar qiymətlərinin davamlı monitorinqi və alternativ təchizat kanallarının müəyyən edilməsi;
  • Şirkətin maraqlarını əsas tutaraq şəffaflıq, məxfilik və peşəkar etik prinsiplərə riayət edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Satınalma və ya təchizat sahəsində minimum 1 il iş təcrübəsi;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmə bacarığı;
  • Analitik düşüncə və bazar araşdırması bacarığı;
  • Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Detallara diqqət və sənədlərlə dəqiq işləmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.