Tamstore

Satış analitiki

Tamstore
Ə/h razılaşma ilə
270
Tam iş günü
Bakı, Azərbaycan
19/11/2025 - 19/12/2025

İş haqqında məlumat

  • Gün ərzində satış göstəricilərinə dair hesabatların satış rəhbərləri üzrə hazırlanması;
  • Marketlərin xərc büdcəsi və faktlarını həftəlik olaraq mağaza müdirlərinə təqdim edilməsi və nəzarətdə saxlanılmasının təmin edilməsi;
  • Bölgə müdiri və mağaza müdiri üzrə satış planı və faktlarını gündəlik olaraq komanda ilə bölüşdürülməsi;
  • Endirim jurnallarına dair hesabatların hazırlanması və jurnalların müştərilərə paylanılmasına nəzarət edilməsi;
  • Sayım nəticələrinin təhlili prosesində mağaza müdirlərinə dəstək göstərilməsi;
  • Endirim effektivliyinin kateqoriya üzrə ölçülməsi;
  • Poşet və bakery paketlərinin istifadəsinə nəzarətin həyata keçirilməsi;
  • Mağaza heyəti, bölgə müdirləri və satış rəhbərləri tərəfindən həll edilə bilməyən problemlərin uçotunun aparılması və rəhbərliyə təqdim edilməsi;
  • Aksiya başladığı zaman ilk 5 gün üzrə satış artımı analizinin hazırlanması;
  • Satış rəhbərləri tərəfindən tələb olunan bütün hesabatların vaxtında və tam şəkildə təqdim edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış analitiki” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • İşində dəqiqlik və detallara diqqətlilik;
  • Komunikasiya;
  • Məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • Excel proqramında işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi.

Oxşar vakansiyalar