Fairmont Baku

Satış Direktoru

Fairmont Baku
Ə/h razılaşma ilə
950
Tam iş günü
Bakı, Azərbaycan
27.10.2025 09:43 - 27.11.2025 12:00

İş haqqında məlumat

  • Qonaqpərvərlik sahəsində liderlik nümayiş etdirmək və otel satışının bütün mərhələlərində ardıcıl, yüksək səviyyəli xidmət təmin etmək;
  • Qonaqlara təqdim edilən məhsul və xidmətlərin onların gözləntilərinə cavab verməsini və ya bu gözləntiləri aşmasını təmin etmək;
  • Müştərilərə sadiq xidmət göstərərək uzunmüddətli münasibətləri inkişaf etdirmək və biznesin artımına nail olmaq;
  • İllik biznes planlaşdırması, proqnozlaşdırma, sahibkarlarla görüşlər, sistem təlimləri, hesabatların təhlili, mənfəət və zərərin idarə olunmasında iştirak etmək;
  • Müştərilərlə ehtiyaclarını müəyyənləşdirmək üçün görüşlər keçirmək və onların məqsədlərinə uyğun məhsul və xidmətlər üzrə tövsiyələr təqdim etmək;
  • Satışların artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi məqsədilə strategiyaları müzakirə etmək və tədbirlər planı hazırlamaq;
  • Rəqiblərin fəaliyyətini monitorinq edərək yeni biznes imkanlarını və mövcud biznesdə təkmilləşmə sahələrini müəyyənləşdirmək;
  • Yeni məhsul, xidmət və bazarlara fokuslanaraq satış strategiyalarını hazırlamaq və həyata keçirmək;
  • Satış potensialını artırmaq və məhsullara maraq yaratmaq üçün tanıtım tədbirləri təşkil etmək;
  • Mövcud sistemlərin və daxili təlimatların təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və həyata keçirmək;
  • Büdcə təhlilində, illik büdcə planlarının hazırlanmasında və xərclərin planlaşdırılmasında aktiv iştirak etmək;
  • Departament üzrə təlimat və prosedur sənədlərinin hazırlanması, yenilənməsi və işçi heyətin məlumatlandırılması prosesinə rəhbərlik etmək;
  • Hər rüb üzrə fəaliyyət planlarını və maliyyə məqsədlərini yeniləmək, müəyyən edilmiş satış hədəflərinə nail olmaq;
  • Tədbirlər və qrup rezervasiyaları ilə bağlı məlumatların aidiyyəti şöbələrlə vaxtında və düzgün paylaşılmasını təmin etmək;
  • İllik satış hədəflərinə çatmaq üçün effektiv strategiyalar müəyyənləşdirmək və həyata keçirmək;
  • Gəlirlərin optimallaşdırılması məqsədilə yerli və dövlət təchizatçıları ilə qarşılıqlı və faydalı tərəfdaşlıqlar qurmaq və inkişaf etdirmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunadır);
  • Müvafiq vəzifə üzrə təcrübə ;
  • Səlis Azərbaycan,İngilis,Rus dili ;
  • Opera PMS Software, Opera Sales & Catering / Opera Sales Force Automation, Property Manager Microsoft Windows kompüter proqramlarını bilmək;
  • Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək;
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
  • Dinamik, öyrənməyə həvəsli olmaq;
  • Yaxşı satış və təqdimat bacarığı olmaq;
  • Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq;
  • İdarəetmə sahəsində təcrübə üstünlük təşkil edə bilər;
  • Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları.