Decoliv

Satış əməliyyatları departament müdiri

Decoliv
Ə/h razılaşma ilə
1080
Tam iş günü
Bakı, Azərbaycan
04.11.2025 11:59 - 04.12.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin satış strategiyasını formalaşdırmaq və həyata keçirmək;
  • Non-Food kateqoriyasına daxil olan məhsul qrupları üzrə satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək;
  • Satış planlarının yerinə yetirilməsini təmin etmək və aylıq, rüblük, illik satış hədəflərinə nəzarət etmək;
  • Satış komandası ilə işləmək, motivasiya etmək və onların performansını izləmək;
  • Bazarın, rəqiblərin və məhsul kateqoriyalarının təhlilini aparmaq, yeni satış imkanlarını müəyyənləşdirmək;
  • Müştərilərlə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və saxlanılmasına nəzarət etmək;
  • Satış göstəriciləri, kampaniyalar və endirim strategiyalarının hazırlanması və idarə olunması nəzarət etmək;
  • Ticarət nöqtələri, distribütorlar və tərəfdaşlarla əməkdaşlıq prosesini təşkil etmək;
  • Satış hesabatlarının hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Komanda üzvlərinin təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, müvafiq tədbirlər görmək;
  • Şirkət standartlarına və daxili qaydalara uyğun olaraq satış proseslərini idarə etmək.
  • Mağazalara verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə hazırlanmış çeklist üzrə aparılmış yoxlamaları izləmək.

İş şəraiti

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • Sığorta
  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Satış əməliyyatları departament müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Tələblər

  • Ali təhsil;

Digər məlumatlar:

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Xarici dil biliyi: İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmək bacarığı.