Bakinity Distribution MMC

Satış əməliyyatları üzrə mütəxəssis/aparıcı mütəxəssis (Tender üzrə)

Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
1981
Tam iş günü
Bakı, Azərbaycan
09/01/2026 - 23/01/2026

İş haqqında məlumat

  • Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin texniki imkanlarını, istifadə şərtlərini araşdırmaq, sistemləşdirmək və daxili istifadəyə uyğun formada təqdim etmək.
  • Mövcud məhsul və xidmətləri bazardakı alternativlərlə müqayisə edərək üstün və zəif tərəfləri müəyyənləşdirmək.
  • Təchizatçılardan daxil olan təklifləri qiymət, keyfiyyət və uyğunluq baxımından analiz etmək.
  • Yeni məhsul və xidmətlər üzrə satış şərtlərini öyrənmək və bu məlumatları müştərilərə təqdim etmək.
  • Fərdi və ya standart kommersiya təklifləri hazırlamaq, müvafiq sənədlərlə birlikdə təqdim etmək və uçotunu aparmaq.
  • Rəqabətli hərraclar və tenderləri izləmək, uyğun imkanları qiymətləndirmək.
  • Potensial müştəri və tərəfdaşlar barədə araşdırmalar aparmaq, məlumat bazasını yaratmaq və yeniləmək.
  • Müştərilərlə görüşlərin təşkilini, qeydiyyatını və nəticələrin aidiyyəti bölmələrlə paylaşılmasını təmin etmək.
  • Müştəri ehtiyaclarını düzgün müəyyən edib, uyğun həll yolları təklif etmək.
  • Gələn sorğuları operativ və əsaslandırılmış şəkildə cavablandırmaq.
  • Müştərilərlə yazışmalar və danışıqlar aparmaq, davamlı və effektiv əməkdaşlıq qurmaq.
  • Satış proseslərini sənədləşdirmək, sistemə düzgün və vaxtında daxil etmək.
  • Müqavilələrin hazırlanması və bağlanması prosesində iştirak etmək, şərtlərin uyğunluğunu yoxlamaq;
  • Məhsul və xidmətlərlə bağlı təqdimatlar həyata keçirmək, texniki və kommersiya üstünlüklərini izah etmək.
  • Rəhbərlik tərəfindən vəzifəsi üzrə verilmiş digər tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətlə icra etmək.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
  • İşlə bağlı ezamiyyət və səfərlər zamanı nəqliyyat xərcləri qarşılanır.
  • Push 30 platformasından endirimli şərtlərlə istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Tələblər

  • Ali təhsil.
  • İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq.
  • Müvafiq sahə üzrə ən azı 1-2 il iş təcrübəsi.
  • etender.gov.az Vahid İnternet Portalından istifadə edə bilməli.
  • Əsas tender saytlarını və onların iş prinsiplərini bilməli.
  • Azərbaycan və rus dillərini sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dilini bilməsi arzuolunandır).
  • MS Office proqramı ilə sərbəst işləmə bacarığı.
  • CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı.
  • Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı.
  • Komanda mühitində işləmək bacarığı.

Oxşar vakansiyalar