Ramada Plaza by Wyndham Gəncə

Satış koordinatoru

Ramada Plaza by Wyndham Gəncə
Ə/h razılaşma ilə
1580
Tam iş günü
Gəncə, Azərbaycan
16/12/2025 - 23/12/2025

İş haqqında məlumat

  • Satışın analizini aparmaq bacarığı 
  • Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilməsi, analiz edə bilməsi
  • Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi
  • Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı
  • Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı
  • Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar departamentə  və şəxslərə çatdırılması
  • Potensial müştərilər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim olunması
  • Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi;
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında  ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
  • Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması;

İş şəraiti:

  • Şirkət: Yeni Gəncə Hotel Company MMC (Ramada Plaza Gence Hotel) 
  • İş yeri: Gəncə şəh., Nizami küç. 519

Tələblər

  • Ali təhsil 
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
  • Azərbaycan , Rus və İngilis dilində sərbəst danışıq və yazı bacarığı; 
  • MS Office proqramlarında yüksək səviyyədə biliklər.
  • Güclü ünsiyyət və liderlik bacarıqları.
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti.

Müraciət qaydası:

Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin adını qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.


Oxşar vakansiyalar