Bakı,
Azərbaycan
01.05.25
-
01.06.25
İş haqqında məlumat
- İş saatı: 09:00-dan – 19:00-dək;
- İş günləri – 6 iş günü, 1 gün istirahət günü;
- Maaş +800AZN, kartla verilir;
- Rəsmi əmək müqaviləsi;
- Mağazada satış yönümlü prosesləri həyata keçirmək və idarə etmək;
- Satış üzrə hədəflərə çatmaq və daha artığına nail olmaq;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
- Satışların artmasına səbəb olan layihələr həyata keçirmək və idarə etmək;
- Müştəriləri səmimi, gülərüzlə və peşəkar şəkildə qarşılamaq və onlarla nəzakətlə, səbirlə və ehtiramla davranmaq;
- Mağazada olan bütün məhsullar haqqında tam və ətraflı məlumata malik olmaq;
- Satış komandasını idarə etmək;
- Görülmüş işlər barədə gündəlik, həftəlik, aylıq və illik hesabat vermək;
- İş ünvanı: Yasamal r-nu, Nizami m/s-dan yuxarı, Caspian Business Plazaya yaxın, Məhəmməd Naxçıvani küç.
Tələblər
- Xanım və ya bəy;
- Satış sahəsində və idarəetmədə 3 illik təcrübə;
- Azərbaycanca sərbəst (rus dili arzuolunandır);
- Xoş və səliqəli görünüşə malik olmalıdır;
- Məsuliyyətli, punktual, dürüst və ünsiyyətcil olmalıdır;
- Kollektiv ilə işləməyi bacarmalıdır;
- Kassa, kompüter, pos-terminal ilə işləmə təcrübəsi olmalıdır;
- Yüksək ünsiyyət qabiliyyəti olmalı, fikrini aydın çatdırmalı və aktiv satış bacarığı olmalıdır.