Bakı,
Azərbaycan
04.06.2025 10:31
-
04.07.2025 12:00
İş haqqında məlumat
- Avtosalona daxil olan müştərilərin qarşılanması, sualların cavablandırılması və satış prosesinin həyata keçirilməsi;
- Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək;
- Onlayn və oflayn daxil olan müştəri sorğularının vaxtında cavablandırılması;
- Müştəri münasibətlərinin idarə olunması və satış sonrası məlumatların verilməsi;
- Müştəri istəyinə əsasən müxtəlif bazarlardan (xüsusilə ABŞ, Koreya, Çin) avtomobil sifarişi və auksionlarda iştirak;
- Müştəri ödənişlərinin izlənməsi və nəzarətdə saxlanılması;
- Rəqib və bazar analizlərinin aparılması, satışa dair təkliflərin hazırlanması;
- Satışı artırmaq məqsədi ilə marketinq komandası ilə koordinasiyalı işləmək;
- Əsas və strateji B2B müştərilərlə yüksək səviyyəli əlaqələrin qurulması;
- İtirilmiş müştərilərin geri qazanılması və uzunmüddətli əməkdaşlığın təmin olunması;
- Satış göstəricilərinin analizi və dövri hesabatların hazırlanmasında iştirak;
- İş qrafiki: Həftədə 5 gün (10:00–19:00), 6-cı və bazar günləri dəyişkən qrafiklə;
- İş yeri: Ofis Ağ Şəhərdə yerləşir;
- Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış Meneceri) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərin.
Tələblər
- Ali təhsil (Biznesin idarə olunması, marketinq və ya əlaqədar sahələr üzrə);
- Avtomobil satışı sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq; İngilis dili — Upper Intermediate səviyyəsində;
- Ofis proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
- Müştəri ehtiyaclarını analiz etmə, qərarvermə və problem həll etmə bacarığı;
- Analitik düşüncə və nəticəyə yönəlik iş prinsipi;
- İctimai danışıq və təqdimat bacarığı;
- Diqqətli, məsuliyyətli və komandada işləməyə meyilli olmaq;
- Amerika, Cənubi Koreya, Çin avtomobil idxalı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.