Bakı,
Azərbaycan
01.08.2025 10:04
-
01.09.2025 12:00
İş haqqında məlumat
Arena Hotel Group-da Korporativ Satış Meneceri vəzifəsini elan etməkdən məmnunluq duyuruq. Satış Meneceri olaraq siz hotel sənayesində çalışan unudulmaz komandanın bir hissəsi olaraq bütün potensialınızı göstərə bilərsiniz.
Gündəlik işlər:
- Direktora birbaşa hesabat verir;
- Satış strategiyasında müəyyən edilmiş məqsədləri nəzərə alaraq yeni, mövcud və potensial müştərilərə satır, biznesin xeyrinə optimal tarifi müzakirə edir;
- Hədəf bazarının rəhbərləri ilə görüşərək müntəzəm satış zəngləri edir və inkişaf etdirin;
- Səyahət agentləri, turoperatorlar, hava yolları, korporativ hesablar, dövlət qurumları və hotel biznesi ilə sıx bağlı olan digər istehsalçılarla əlaqəni inkişaf etdirir və saxlayır;
- Müxtəlif tədbirlərdə və yerli bazarda iştirak etməklə yerli bazarda profil qurur;
- Biznesi maksimuma çatdırmaq üçün satış strategiyası görüşlərində mövcud biznes və girişləri izləyir;
- Mövcud biznesi inkişaf etdirir və biznesi inkişaf etdirəcək addımlar atır ;
- Satış və marketinq datalarını analiz edir;
- Yeni məhsul və xidmətlərin hazırlanmasında köməklik göstərir;
- Satış və marketinq fəaliyyətlərinin qiymətləndirilməsində iştirak edir;
- Şöbənin büdcəsinin hazırlanmasında və idarə olunmasında rəhbər işçilərlə işləyir.
İş şərtləri:
- 5 günlük iş rejimi;
- Əmək haqqı: 800 - 1000 AZN + satışdan faiz;
- Ünvan: Bakı şəhəri, H. Əliyev pr. 115, bina 187B.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində “Satış meneceri” göstərilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.
Tələblər
- Oteldə minimum 3 illik Satış təcrübəsi;
- Müvafiq və ya yaxın sahədə təhsil dərəcəsi;
- Mükəmməl müştəri münasibətləri, xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq;
- Etibarlı, peşəkar və komanda mühitində inkişaf etmək üçün sübut edilmiş bacarığı;
- Müstəqil işləməyi və çox məşğul bir mühitdə müsbət münasibət qorumağı bacarmalıdır;
- Microsoft Office və Elektraweb üzrə biliklər;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür;
- Azərbaycan, rus və ingilis dillərini yuxarı səviyyədə bilməli.