ONOFF Electronics

Satış meneceri

OnOff Electronics
700 - 800 ₼
1062
Tam iş günü
Bakı, Azərbaycan
03.11.2025 11:58 - 03.12.2025 12:00

İş haqqında məlumat

  • Şirkət məhsullarının satışını həyata keçirmək;
  • Potensial müştəriləri araşdırmaq və əməkdaşlığa cəlb etmək;
  • Mövcud müştərilər ilə əlaqələri qoruyub saxlamaq və sifarişləri qəbul etmək;
  • Müştərilərin istəklərini, tələblərini və şikayətlərini daima araşdırmaq, dəyərləndirmək və onlar haqqında rəhbərliyə məlumat vermək;
  • Görülmüş işlər barəsində gündəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək;
  • Mağazanın satış işini təmin etmək;
  • Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
  • Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
  • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
  • Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
  • Işçinin işə davamiyəti,işdəki məsuliyəti yeni müştərilər cəlb etməsi və dövrüyəsindən,asılı olaraq əlavə bonus hesablanıb maaşa əlavə olunur;
  • İş qrafiki: Bazar ertəsi-Şənbə günü 10:00-dan 20:00-dək;
  • Bazar günü istirahət günüdür;
  • Tələbələr,hərbi xidmət möhləti olmuyanlar və tez tez icazə almaq məcburiyyətində olanlar müraciət etməsin.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində SATIŞ MENECERİ qeyd etməklə şirkətin elektron ünvanına göndərə bilərlər.

  • QEYD: SIQARET ÇƏKMƏYƏN İŞÇİLƏRƏ ÜSTÜNLÜK VERİLİR.
  • (Menecerin əsas işi resursları (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə edərək şirkətin məqsədlərinə çatmaqdır.)

Tələblər

  • 1C Proqramında işləmə bacarığı;
  • Kompüter və Kompüter aksesuarları haqqında məlumat;
  • Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
  • Dil bilikləri: azərbaycan dili-səlis;
  • Minimum riyazi hesablamaları;
  • Satış texnikası və prinsipləri;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;
  • Dəqiq və işinə qarşı məsuliyyətli olmalı;
  • Ünsiyyətcil və yüksək danışıq qabiliyyəti;
  • İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan;
  • Ünsiyyət və davranış etiket qaydalarını bilməlidir;
  • Yaş həddi: 25 - 40 yaş.


Oxşar vakansiyalar