AzəriMed QSC

Satış meneceri

AzəriMed QSC
626 - 1326 ₼
633
Tam iş günü
Bakı, Azərbaycan
07/11/2025 - 07/12/2025

İş haqqında məlumat

  • Laboratoriya cihazları, avadanlıqlar, reaktivlər və digər tibbi ləvazimatların
    satışını təşkil etmək və həyata keçirmək;
  • Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq
    gücləndirmək;
  • Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək;
  • Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət,
    uzunmüddətli əlaqələr qurmaq;
  • Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq;
  • Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini
    optimallaşdırmaq;
  • Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək.

İş Şəraiti:

  • Əmək haqqı: 626-1326 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir);
  • İş rejimi: I-V günlər - 09:00-18:00;
  • Peşəkar inkişaf imkanları və komandada iş mühiti.
     

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

  • Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Tələblər

  • Ali təhsil (biomühəndislik ixtisası üstünlük təşkil edir);
  • Tibbi biliklərə və ya tibb sahəsində təcrübə;
  • Xarici dil biliyi (İngilis dili və ya rus dili);
  • Satış meneceri və ya müvafiq sahədə minimum 1 il təcrübə;
  • Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı;
  • Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.

Oxşar vakansiyalar