Bakı,
Azərbaycan
01/12/2025
-
01/01/2026
İş haqqında məlumat
- Şirkətin kosmetoloji cihazlarının təqdimatı və satışı;
- Klinikalar, estetik mərkəzlər və gözəllik salonları ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi;
- Potensial müştərilərlə əlaqə yaradılması, ehtiyacın müəyyən olunması və uyğun cihazın təklif edilməsi;
- Cihazların funksiyalarının və texniki üstünlüklərinin peşəkar şəkildə izah olunması;
- Günlük və aylıq satış planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması;
- Satışdan sonrakı müştəri əlaqələrinin saxlanılması və yenidən satış imkanlarının yaradılması;
- Bazar və rəqib analizlərinin aparılması, yeni satış imkanlarının müəyyən edilməsi;
- Şirkət brendinin yüksək səviyyədə təmsil olunması.
İş şəraiti:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar;
- İş saatları: 10:00 – 18:00;
- Əmək haqqı: 600–800 AZN;
- Satışdan faiz və bonus (satılan hər cihazdan əlavə qazanc).
Tələblər
- Satış sahəsində minimum 1 il təcrübə (kosmetoloji avadanlıqlar üzrə təcrübə üstünlükdür);
- Güclü ünsiyyət, inandırma və təqdimat bacarığı;
- Ofisdən kənar görüşlərə çıxmaq, salon və klinikalara gedərək cihazları yerində təqdim etmək və satışa çevirmək bacarığı;
- Müştəri ehtiyacını müəyyən edib uyğun məhsulu təklif etmək bacarığı;
- Punktual, məsuliyyətli və hədəf yönümlü olmaq;
- Komanda ilə işləmə bacarığı;
- Şəhərdaxili və region səfərlərinə uyğunluq;
- Sosial şəbəkədə aktiv olmaq, şəxsi iş səhifəsi vasitəsilə müştəri cəlb etmək və reklam büdcəsi ilə cihaz təqdimatlarını həyata keçirmək;
- Səliqəli danışıq və dəqiq izah qabiliyyəti;
- Cihazların texniki xüsusiyyətlərini öyrənmək və müştəriyə izah etmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.