Bakı,
Azərbaycan
16/01/2026
-
30/01/2026
İş haqqında məlumat
- Tabeliyində olan korporativ satış mütəxəssislərinə birbaşa rəhbərlik edərək, Kommersiya departamentin davamlı və səmərəli fəaliyyətini təmin etmək;
- Cəmiyyətin istehsal etdiyi məhsullarının satışını həyata keçirmək, yeni satış kanallarının araşdırıb tapılmasını, satış bazarının araşdırılmasını və müştəri təlabatının öyrənilməsini təşkil etmək;
- Müştərilərlə əlaqələr quraraq Cəmiyyətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq və onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Müştərilərin sifarişlərinin təyin olunmuş müddətlərdə istehsalda hazırlanmasını nəzarətdə saxlamaq və hazırlanmış məhsulun müştərilərə vaxtında çatdırılmasını təmin etmək;
- Satışın yüksəldilməsi və satış prosesinin effektivliyinin artırılması ilə bağlı məsələlərdə fəal iştirak etmək, satışı düzgün idarə etmək və öz təkliflərini Kommersiya direktoruna bildirmək;
- Daim müştərini tam razı salan davranış nümayiş etdirmək, onu lazımi informasiyalarla təmin etmək və müştəri problemlərini dərhal araşdıraraq müvafiq tədbirlər görmək;
- Aylıq, rüblük, illik satış planlarını hazırlamaq, Kommersiya direktoruna təqdim etmək və plana uyğun fəaliyyətini həyata keçirmək;
- Həm daxili, həm də xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən etmək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onlara nəzarət etmək və təhlillər aparmaq;
- Cəmiyyətin internet saytındakı və digər internet resurslarındakı məlumatların mütamadi olaraq yenilənməsinə nəzarət etmək;
- Satış bazarında lazım gələrsə, reklam ehtiyacını təhlil etmək, satış məqsədləri üçün reklam mətnlərini hazırlamasına, cəmiyyətin reklam fəaliyyətinin təşkil edilməsinə, reklam yerləşdirmələrinə aid reklam agentlikləri ilə birbaşa əməkdaşlıq etmək;
- Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirmək və onlardan lazımi dəstək almaq.
- Satış ilə bağlı hazırlanmış bütün müqavilələrin surətini və satış protokollarını kommersiya departamentində qovluqlarda yığaraq il boyu saxlanmasını təmin etmək və prosesi nəzarətdə saxlamaq.
- Məhsul çeşidinin planlaşdırılması və Cəmiyyətin məhsul siyasətinin hazırlanmasında eləcə də istehsal edilən və gələcəkdə istehsal edilməsi nəzərdə tutulan məhsul növlərinin və çeşidlərinin müəyyən edilməsində birbaşa iştirak etmək.
- İstehsalın bazarın tələbatına və müştərilərin tələbinə uyğunlaşdırılması üçün vaxtaşırı təkliflər vermək;
- Cəmiyyətin məhsullarına dair qiymətqoyma strategiyası və taktikasını işləyib hazırlamaq;
- Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada müştərilərə və satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını idarə etmək və ümumi prosesi nəzarətdə saxlamaq;
- Satışa buraxılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb rəhbərliyə yazılı surətdə təqdim etmək;
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: razılaşma əsasında.
- İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Tələblər
- Yaşı: 21-35 yaş
- Təhsil tələbləri: Bakalavr
- Staja dair tələb: Ən azı 3-5 il
İxtisas səriştələri:
- Effektiv ünsiyyət
- Satış bilikləri
- Təqdimetmə
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office Outlook
- Logix ERP
Dil bilikləri:
- Azərbaycan, Rus və İngilis dillərini danışıq səviyyədə bilməli