Azera Holding

Satış meneceri

Azera Holding
800 - 1200 ₼
7601
Tam iş günü
Bakı, Azərbaycan
22/01/2026 - 05/02/2026

İş haqqında məlumat

AZERA Holding MMC tərkibindəki Global Cert MMC-də Satış meneceri vakansiyasını elan edir.

  • Müştəri bazasının genişləndirilməsi: Yeni yerli və xarici müştərilərin tapılması, potensial tərəfdaşlarla əlaqələrin qurulması.
  • Xidmətlərin təqdimatı: Şirkətin təqdim etdiyi sertifikatlaşdırma xidmətləri (İSO 9001, 14001, 45001 və s.) barədə ətraflı məlumat verilməsi.
  • Görüşlərin keçirilməsi: Potensial müştərilərlə həm onlayn, həm də üzbəüz görüşlərin təşkili və təkliflərin təqdim edilməsi.
  • Müqavilələrin bağlanması: Satış prosesinin sonlandırılması və sənədləşmə işlərinin izlənilməsi.
  • Hesabatlılıq: Görülən işlər barədə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi.

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirlmə
  • Əmək haqqı: 800-1200 AZN

Tələblər

  • Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya Texniki sahələr üstünlükdür).
  • Təcrübə: B2B satış sahəsində ən azı 1-2 il təcrübə (Sertifikatlaşdırma və ya konsaltinq sahəsində təcrübə böyük üstünlükdür).
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və ya İngilis dili (arzuolunandır).
  • Yüksək ünsiyyət bacarığı: Müştəriləri razı salma və təqdimat bacarığı.
  • Analitik düşüncə: Bazarın təhlili və rəqiblərin izlənilməsi bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar