Modern Aqua MMC

Satış Meneceri

Modern Aqua MMC
500 - 2500 ₼
208
Tam iş günü
Bakı, Azərbaycan
02/06/2026 - 02/07/2026

İş haqqında məlumat

  • Biz sadəcə satış meneceri axtarmırıq…
  • Biz müştərinin ehtiyacını dinləməyi bacaran, onun dilindən anlayan, etibar qazana bilən komanda yoldaşı axtarırıq.
  • Modern Aqua MMC Bakı şəhərində 19 litrlik içməli suyun satışı və çatdırılması sahəsində fəaliyyət göstərən dinamik şirkətdir və komandamızı genişləndiririk.

Sənin əsas missiyan:
 

  • Müştərilərə məhsul satmaq yox, onların ehtiyaclarına uyğun həll təqdim etməkdir.

Vəzifələr:

  • Yeni müştərilərin cəlb olunması;
  • Müştərilərlə görüş və danışıqların aparılması;
  • Korporativ müştərilərlə əməkdaşlıqların qurulması;
  • Mövcud müştəri bazasının inkişaf etdirilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsi.

 Bizim üçün diplomdan daha vacib olan:

  • Ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik;
  • İnkişaf etmək istəyi;
  • Nəticə əldə etmək əzmi.

Biz təklif edirik:

  • 500 - 2500 AZN sabit əmək haqqı + satışdan bonus;
  • Nəticəyə əsaslanan bonus sistemi;
  • Təlim və inkişaf dəstəyi;
  • Güclü komandanın bir hissəsi olmaq imkanı.
  • Bəziləri satışa iş kimi baxır.
  • Biz isə satışa insanlarla münasibət qurmaq sənəti kimi baxırıq.

Əgər sən də bu düşüncədəsənsə, CV-ni bizə göndər.

Tələblər

Əgər sən:

  • İnsanlarla ünsiyyət qurmağı sevirsənsə;
  • Qarşındakı insanı dinləməyi bacarırsansa;
  • Problemlərə həll tapmaqdan zövq alırsansa;
  • Uğurunu öz nəticələrinlə ölçürsənsə;

o zaman bəlkə də axtardığımız namizəd sənsən.

Modern Aqua MMC-Sağlamlıq damla-damla gəlir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.