Bakı,
Azərbaycan
01/09/2026
-
15/09/2026
İş haqqında məlumat
Rewire Model Group (RMG) komandamıza qoşulmaq üçün korporativ satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
- Şirkətin biznes konsaltinq, rəqəmsallaşma və İT həllərinin (ERP, CRM, biznes proseslərinin avtomatlaşdırılması, süni intellekt və digər rəqəmsal həllər) korporativ müştərilərə satışını həyata keçirmək
- Yeni korporativ müştəriləri müəyyən etmək, potensial müştərilərlə əlaqələr qurmaq və yeni satış imkanları yaratmaq
- Mövcud müştəri portfelini idarə etmək və uzunmüddətli əməkdaşlıqları inkişaf etdirmək
- Müştərilərlə görüşlər keçirmək, onların biznes ehtiyaclarını və mövcud proseslərini təhlil etmək, uyğun həllər təqdim etmək
- Şirkətin həll və xidmətlərinin təqdimatlarını keçirmək
- Kommersiya təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
- Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək
- Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək
- Satış nəticələrini və potensial satış imkanlarını mütəmadi olaraq izləmək və təhlil etmək
- Bazar tendensiyalarını, müştəri ehtiyaclarını və rəqiblərin fəaliyyətini izləyərək satış strategiyasının inkişafına töhfə vermək
Tələblər
- Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
- Minimum 5 il satış sahəsində iş təcrübəsi
- B2B və korporativ satış sahəsində təcrübə
- İT xidmətləri, proqram təminatı, biznes konsaltinq və ya texnoloji həllərin satışı üzrə təcrübə üstünlükdür
- ERP, CRM, biznes proseslərinin avtomatlaşdırılması və süni intellekt həlləri haqqında ümumi anlayış üstünlük hesab olunur
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həllər təklif etmək bacarığı
- Nəticəyönümlü və təşəbbüskar yanaşma
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı
İş şəraiti
- Rəsmi əmək müqaviləsi
- Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
- Satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Müasir və dinamik iş mühiti