Mobifon Electronics

Satış meneceri

Mobifon Electronics
Ə/h razılaşma ilə
326
Tam iş günü
Bakı, Azərbaycan
25/09/2026 - 09/10/2026

İş haqqında məlumat

  • Mağazaya daxil olan müştəriləri aktiv qarşılamaq və ehtiyacına uyğun düzgün smartfonu/aksesuarı təklif etmək;
  • Mağazanın hazırda mövcud olan müştəri bazası ilə aktiv işləmək, onlarla zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlayıb təkrar satışlar etmək;
  • Satış planını və şirkətin hədəflərini maksimum yerinə yetirmək;
  • Məhsullar haqqında texniki məlumatları mükəmməl bilmək və müştəriyə düzgün ötürmək.

Tələblər

  • Xanım namizədlər;
  • Təcrübə: Mobil telefon və ya elektronika satışı sahəsində ən azı 2-3 il real iş təcrübəsi mütləqdir;
  • Xarakter: Yüksək enerjili, potensiallı, aktiv, qətiyyən utancaq olmayan və müştəri ilə anında bağ qura bilən;
  • Bacarıq: Satış psixologiyasını bilən, etirazlarla işləməyi bacaran və mağazaya girən müştərini satışı bağlamadan yola salmayan ("ilanı yuvasından çıxaran" satış bacarığı).
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Tapşırıqların vaxtında, dəqiq yerinə yetirilməsi;

Diqqət: Bu elan yalnız YÜKSƏK QAZANC əldə etmək istəyən, daxili potensialına güvənən və peşəkar kadrlar üçündür. Satış edib çox qazanmaq iddiası olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.

İş haqqında məlumat:

  • İş saatları: 10:00-20:00
  • Şərtlər: Əmək haqqı: Fix maaş + Satışdan yüksək Faiz/Bonus (Performansa uyğun olaraq yüksək qazanc imkanı);