Bakı,
Azərbaycan
29/09/2026
-
13/10/2026
İş haqqında məlumat
Şirkətimizə Satış əməkdaşı axtarılır.Xanım və bəy namizədlər müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarına daxil olan zəng və mesajların cavablandırılması;
- Real müştərilərin satış bazasına əlavə edilməsi və müştərilərin mütəmadi izlənilməsi;
- Ofisə müraciət edən müştərilərlə satış prosesinin aparılması;
- Müştərilərin tələbatının müəyyənləşdirilməsi və uyğun məhsul/xidmət barədə məlumatlandırılması;
- Satış prosesinin başlanğıcdan sonadək idarə olunması.
Qeyd: Çəkilişlərdə iştirak etməyə uyğun olan xanım əməkdaşlara əlavə əməkhaqqı tətbiq olunacaq.
Tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Yüksək ünsiyyət və müştəri ilə işləmək bacarığı;
- Yüksək enerjili, aktiv və məsuliyyətli olmaq;
- Azərbaycan dilində səlis danışıq;
- Komandada işləmək bacarığı;
- Punktuallıq və məsuliyyətlilik;
- Zəngin söz bazasına və düzgün nitq qabiliyyətinə malik olmaq;
- İngilis və ya rus dilini bilmək üstünlükdür.
Bəy namizədlər üçün sürücülük vəsiqəsinin olması mütləqdir.
İş şəraiti
- Əməkhaqqı: 800–1000 AZN
- Maaş namizədin təcrübəsi və müsahibə nəticəsinə əsasən müəyyən edilir.
- İş günləri: Həftə içi 5 gün
- İş saatları: 09:30-19:00
- İşəgötürən: MASSI MMC
- Ünvan: Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, Blue center