Bakı,
Azərbaycan
29/09/2026
-
13/10/2026
İş haqqında məlumat
CRM Construction MMC komandasına Satış meneceri axtarılır.
İş şərtləri
- Əmək haqqı: 500 AZN net
- Bonus: Satış nəticələrinə əsasən əlavə bonus sistemi
- İş qrafiki: 6 günlük
- Bazar ertəsi – Cümə: 11:00–20:00
- Şənbə: 11:00–16:00
- Bazar: İstirahət günü
- İş yeri: Bakı (Bakmil metrosunun yanı, Azera Plaza)
Vəzifə öhdəlikləri
- Yeni müştərilərin axtarılması və cəlb edilməsi;
- Gələn müştəri müraciətlərinin telefon, WhatsApp və digər kanallar vasitəsilə cavablandırılması;
- Potensial müştərilərlə ilkin danışıqların aparılması;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təqdim edilməsi;
- Tikinti, ev tikintisi və təmir xidmətlərinin müştərilərə təqdim olunması;
- Müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
- Qiymət təkliflərinin müştərilərə təqdim edilməsi;
- Satış prosesinin başlanğıcdan müqavilənin bağlanmasına qədər izlənilməsi;
- Mövcud və potensial müştərilərlə mütəmadi əlaqənin saxlanılması;
- Müştəri məlumatlarının CRM sisteminə düzgün daxil edilməsi və yenilənməsi;
- Aylıq satış hədəflərinin yerinə yetirilməsi;
- Rəhbərliyə satış nəticələri və görülən işlər barədə hesabatların təqdim edilməsi.
Əlavə vəzifələr
Satış meneceri əsas satış fəaliyyətindən əlavə olaraq:
- Ofisə gələn müştərilərin qarşılanmasına;
- Görüşlər zamanı qonaqlara çay və kofe servis edilməsinə;
- Direktora çay servis etmək;
- Ofisdə qonaqlar üçün ümumi xidmət və səliqəni təmin etməlidir
Tələblər
- Xanım namizəd
- Rus dilini əla səviyyədə bilməli – sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
- Azərbaycan dilini səlis bilməli;
- Güclü kommunikasiya və müştəri ilə ünsiyyət bacarığı;
- Satış və müştəriyönümlü yanaşma;
- Danışıqlar aparmaq və satış bağlamaq bacarığı;
- Aktiv, məsuliyyətli və intizamlı olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Kompüterdən və ofis proqramlarından istifadə bacarığı;
- CRM sistemlərində işləmək bacarığı üstünlükdür;
- Tikinti və təmir sahəsində təcrübənin olması üstünlükdür;
- Satış sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır.
Biz nə təklif edirik?
- 500 AZN net sabit əmək haqqı;
- Satış nəticələrinə uyğun əlavə bonus;
- Sabit və uzunmüddətli iş imkanı;
- Peşəkar inkişaf və satış sahəsində təcrübə qazanmaq imkanı;
- İşgüzar və aktiv komanda mühiti.