Bakı,
Azərbaycan
13/10/2026
-
13/11/2026
İş haqqında məlumat
- İş yeri: Azin Technology MMC
- İş yeri ünvanı: Süleymansani Axundov 437e
- Yaş həddi: 25-40
- Əmək haqqı: 800+bonus
🔹 Vəzifə öhdəlikləri:
- Verilmiş layihə üzrə satış prosesini idarə etmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Potensial müştərilərlə görüşlər keçirmək, danışıqlar aparmaq və satış sövdələşmələrini nəticələndirmək;
- Satış strategiyasını hazırlamaq və həyata keçirmək;
- Yeni korporativ müştəriləri müəyyənləşdirmək, cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;
- Mövcud müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini qorumaq və satış həcmini artırmaq;
- Müştərilərin ehtiyaclarını təhlil etmək və uyğun kommersiya təklifləri hazırlamaq;
- Aylıq və illik satış planlarını hazırlamaq, müəyyən edilmiş satış göstəricilərinə nail olmaq;
- Məhsullar haqqında müştərilərə ətraflı məlumat vermək və ehtiyaclarına uyğun məhsul və həllər təklif etmək;
- Layihənin gedişatı, satış nəticələri və müştəri münasibətləri barədə mütəmadi hesabatlar hazırlamaq;
- Bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini təhlil edərək satış imkanlarını müəyyənləşdirmək.
Tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Korporativ satış və müştəri münasibətlərinin idarə edilməsi sahəsində minimum 4 il iş təcrübəsi;
- Satış strategiyalarının hazırlanması və satış hədəflərinin icrası üzrə praktiki təcrübə;
- Korporativ müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanması bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ya ingilis dilini bilmək üstünlükdür;
- ERP sistemləri ilə işləmək bacarığı arzuolunandır;
- Güclü ünsiyyət, təqdimat, danışıqlar və müştəri idarəetmə bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar, analitik düşüncəli və nəticəyönümlü olmaq.
📨 Müraciət qaydası:
CV-lərinizi “Mövzu” hissəsində “Satış Meneceri” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur:
📧 [email protected] 📞 0703292064
📅 Son müraciət tarixi: 13.11.2026