

15420 noyabr 2026
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
Yaş19-28
Kompüter bilikləriYaxşı
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
Yaş19-28
Kompüter bilikləriYaxşı
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
Vakansiya: Satış Meneceri
İş barədə məlumat:
Biz hər gün böyüyən və inkişaf edən dinamik komandayıq. Aktiv, enerjili, öyrənməyə həvəsli və real karyera inkişafı imkanları axtaran satış meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştəri obyektlərinə səfərlərin həyata keçirilməsi, görüşlərin keçirilməsi, məhsulların təqdim edilməsi və müştərilərə məsləhətlərin verilməsi;
- Aktiv satış prosesinin idarə olunması və müştərilərin bütün mərhələlərdə müşayiət edilməsi;
- Fərdi kommersiya təkliflərinin hazırlanması;
- Müştərilərlə uzunmüddətli işgüzar əlaqələrin qurulması;
- Komanda ilə birgə işləmək, ideyalar paylaşmaq və peşəkar inkişafda iştirak etmək.
Namizədə tələblər:
- Yaş həddi: 19–28;
- Cins: Bəy;
- Aktiv, pozitiv və ünsiyyətcil olmaq;
- Qazanmağa, öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
- Səfərləri nəzərdə tutan iş rejiminə hazır olmaq;
- Satış sahəsində ilkin biliklərə sahib olmaq və ya bu sahədə özünü sınamağa həvəsli olmaq;
- Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı.
Şirkət tərəfindən təklif olunur:
- Gənc, motivasiyalı və peşəkar komanda ilə işləmək imkanı;
- Məhsullar, satış texnikaları və danışıqlar üzrə təlimlər;
- Dəyişkən iş qrafiki – ofisdə minimum vaxt, sahədə maksimum aktivlik;
- Sabit əmək haqqı və satışdan bonus/faiz;
- Sürətlə inkişaf edən şirkətdə real karyera yüksəlişi imkanları;
- Praktiki təcrübə və güclü mentor dəstəyi;
- Peşəkar inkişaf üçün geniş imkanlar.
İş şəraiti:
- Bazar ertəsi – cümə: 10:00–19:00;
- Şənbə: 09:00–13:00;
- İstirahət günü: Bazar;
- Nahar fasiləsi: 13:00–14:00;
- İş ünvanı: Əliəşrəf Əlizadə küçəsi 790/8, Nərimanov, Bakı, Azərbaycan.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini göndərərək müraciət edə bilərlər.
Dinamik və inkişaf yönümlü iş axtarırsınızsa, komandamıza qoşulun!


