Bakı,
Azərbaycan
02/07/2026
-
02/08/2026
İş haqqında məlumat
- İş yerləri: Bakı şəhəri, Abşeron yarımadası, ətraf qəsəbələr və Sumqayıt şəhəri
Haqqımızda
- Bakı, Sumqayıt və Abşeron yarımadasında müxtəlif yaşayış komplekslərinin və çoxmənzilli yaşayış layihələrinin satışını həyata keçiririk. Komandamızı genişləndirmək məqsədilə yüksək motivasiyalı, nəticəyönümlü və karyera hədəfləri olan Satış Menecerlərini komandamıza dəvət edirik.
Vəzifə haqqında
- Namizəd çoxmənzilli yaşayış binaları və yaşayış komplekslərinin satışını həyata keçirəcək, müştərilərlə peşəkar münasibətlər quracaq və satış prosesini ilk müraciətdən müqavilə mərhələsinədək idarə edəcəkdir.
Vəzifə öhdəlikləri
- Potensial müştərilərin cəlb olunması və məlumatlandırılması;
- Yaşayış kompleksləri və mənzillərin təqdimatının keçirilməsi;
- Müştərilərlə görüşlərin təşkili və satış danışıqlarının aparılması;
- Satış prosesinin tam şəkildə idarə olunması;
- Müştəri bazasının yaradılması və inkişaf etdirilməsi;
- Müştəri məlumatlarının CRM və digər sistemlərdə qeydiyyatının aparılması;
- Satış planlarının yerinə yetirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Şirkətin satış və xidmət standartlarına uyğun fəaliyyət göstərilməsi;
- Ehtiyac yarandıqda layihələrin təqdimatı, reklam və tanıtım fəaliyyətləri çərçivəsində sosial media məzmunlarının hazırlanmasında iştirak etmək;
- Sosial şəbəkələr üzərindən keçirilən canlı yayımlarda və layihə təqdimatlarında iştirak etmək;
- Layihələrin foto və video çəkilişlərində iştirak etmək və şirkətin təqdimat fəaliyyətlərinə dəstək göstərmək.
Tələblər
- Ali təhsil (vacibdir);
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Ofis proqramlarını, xüsusilə Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
- Süni İntellekt (AI) alətlərindən istifadə bacarığı;
- WhatsApp, Telegram, Meta platformaları və digər rəqəmsal kommunikasiya vasitələrindən istifadə bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müasir texnologiyalara və yeni biliklərə açıq olmaq;
- Sosial media platformalarında peşəkar təqdimat bacarığı;
- Ehtiyac yarandıqda canlı yayımlarda, layihə təqdimatlarında və tanıtım fəaliyyətlərində iştirak etməyə hazır olmaq;
- Satış sahəsində inkişaf etmək və uzunmüddətli karyera qurmaq istəyi.
- Şəxsi keyfiyyətlər
- Pozitiv və mehriban ünsiyyət bacarığı;
- Nəticəyönümlü düşüncə tərzi;
- Yüksək məsuliyyət hissi;
- Səliqəli xarici görünüş və şəxsi gigiyenaya diqqət;
- Korporativ və yarı-rəsmi geyim üslubuna riayət etmək;
- Özünü inkişaf etdirməyə və dünya görüşünü artırmağa həvəsli olmaq;
- Komanda ilə işləmək bacarığı;
- İntizamlı və planlı işləmək vərdişi;
- Enerjili, təşəbbüskar və yüksək motivasiyalı olmaq;
- Dəyişikliklərə və yeniliklərə sürətli uyğunlaşmaq bacarığı.
- Üstünlük verilən namizədlər
- Hərbi xidmət keçmiş namizədlər;
- Rus dili bilən namizədlər (Sea Breeze və şəhər mərkəzində yerləşən layihələr üzrə fəaliyyət üçün əhəmiyyətli üstünlükdür);
- İngilis dili bilən namizədlər;
- Şəxsi avtomobili olan namizədlər;
- Daşınmaz əmlak sahəsində təcrübəsi olan namizədlər;
- KPI və performans göstəriciləri əsasında işləməyə həvəsli olanlar;
- Yüksək gəlir əldə etməyə və satış nəticələrini artırmağa motivasiyalı olanlar;
Maraqlanan namizədlər CV-lərini [email protected] mail adresini göndərə bilərlər.