Karal Medical Group

Satış Meneceri (Dental Implantlar)

Karal Medical Group
Ə/h razılaşma ilə
2125
Tam iş günü
Bakı, Azərbaycan
27.10.2025 12:04 - 27.11.2025 12:00

İş haqqında məlumat

Karal Medical Group — beynəlxalq brendlərin rəsmi distribütoru olaraq, stomatoloji sahədə yüksək keyfiyyətli məhsulların Azərbaycan bazarına təqdimatı ilə məşğuldur.
Biz komandamıza dinamik, ünsiyyətcil və nəticə yönümlü Satış Meneceri axtarırıq.

Yer: Heydər Əliyev Prospekti 187, Bakı, Azərbaycan
Sahə: Stomatoloji məhsulların distribusiyası və satış təmsilçiliyi

  • Stomatoloqlar və klinikalarla əlaqələrin qurulması və idarə olunması;
  • Şirkətin təqdim etdiyi məhsullar haqqında peşəkar məlumatların təqdim edilməsi;
  • Müştəri ziyarətləri, təqdimatlar və məhsul tanıtımları həyata keçirmək;
  • Satış planının yerinə yetirilməsi və aylıq hədəflərin qorunması;
  • Mövcud müştəri bazasının saxlanılması və yeni potensial müştərilərin cəlb edilməsi;
  • Bazarın monitorinqi və rəqiblər haqqında məlumatların toplanması;
  • Tədbirlərdə, konqreslərdə və sərgilərdə şirkəti təmsil etmək.

Biz təklif edirik:

  • Rəsmi əmək haqqı;
  • Sabit əmək haqqı + satışdan bonus sistemi;
  • Peşəkar inkişaf və təlim imkanları (yerli və beynəlxalq təlimlər);
  • Müasir iş mühiti və dəstəkləyici komanda.

Müraciət üçün:
CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Satış Meneceri başlığı ilə göndərin.

Tələblər

  • Ali təhsil (tibbi, stomatoloji və ya marketinq sahəsində olması üstünlükdür);
  • Satış sahəsində minimum 1–2 il təcrübə (stomatoloji və ya tibbi məhsullar üzrə təcrübə üstünlükdür);
  • Yüksək kommunikasiya və təqdimat bacarığı;
  • Komanda ilə işləmək və müstəqil qərar vermə bacarığı;
  • Aktiv sürücülük bacarığı və şəxsi avtomobilin olması arzuolunandır;
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri bilikləri üstünlükdür.


Oxşar vakansiyalar