Bakı,
Azərbaycan
29.09.2025 12:20
-
29.10.2025 12:00
İş haqqında məlumat
- Məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal texnologiyası, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin alıcılara verilməsini təmin etmək;
- Cari lahiyələr, marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin alıcılara təklif edilməsini təmin etmək;
- İş məlumatlarının proqram təminatının məlumat bazasına tam şəkildə və düzgün əlavə edilməsini təmin etmək;
- Malların satışa hazırlığının təşkil edilməsini təmin etmək (malın anbardan sifarişi, onun anbardan gətirilməsi və müştəriyə çatdırılmasına nəzarət);
- Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsini təmin etmək;
- Daxil olan telefon zənglərinin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsini təmin etmək.
İş şəraiti:
- İş saatı : 09:00-18:00 və 12:00-21:00 (növbəli);
- Nahar şirkət tərəfindən qarşılanır;
- İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi;
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8;
- Əmək haqqı: 500 - 800 AZN ;
- Şirkət: Radius Təkər Mərkəzi.
Maraqlanan namizədlər CV-ni “Satış məsləhətçisi" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər."
Tələblər
- Cins: Kişi;
- Yaş həddi: 20-35 yaş;
- Ali təhsil;
- Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi;
- MS Office (əsasən Excel, Word, 1C və Outlook);
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək);
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı;
- İşgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar;
- Müvafiq texniki biliklər və məhsullar barədə məlumat;
- Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan;
- Komandada işləmək bacarığına malik olan.