Bakı,
Azərbaycan
06/01/2026
-
20/01/2026
İş haqqında məlumat
- Müştəriləri gülərüz və nəzakətlə qarşılamaq
- Məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal texnologiyası, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin alıcılara verilməsini təmin etmək
- Müştərinin ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və xidmətlər üzrə ətraflı məsləhət vermək
- Carı marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin alıcılara təklif edilməsini təmin etmək
- İş məlumatlarını və satış əməliyyatlarını 1C məlumat bazasında tam şəkildə, düzgün və vaxtında qeydiyyata almaq
- Malların satışa hazırlığının təşkil edilməsini təmin etmək (malın anbardan sifarişi, onun anbardan gətirilməsi və müştəriyə çatdırılmasına nəzarət)
- Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsini təmin etmək
- Daxil olan telefon zənglərinin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsini təmin etmək
- Müştəri şikayət və təkliflərini qəbul etmək, operativ şəkildə həllinə dəstək olmaq
- Daxili qaydalara, iş qrafikinə və uniforma tələblərinə əməl etmək
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi
- İş saatı: 09:00-18:00 və 12:00-21:00 (növbəli)
- Nahar şirkət tərəfindən qarşılanır;
- Peşəkar inkişaf və karyera imkanı
- İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8 və ya Badamdar qəs., M.Müşfiq küç., 2A
- Əmək haqqı: 500 AZN (sabit) + satışdan bonus
- Şirkət: Radius Təkər Mərkəzi
Tələblər
- Bəy namizəd
- Yaş həddi: 20-35 yaş
- Ali təhsil
- Satış və ya müştəri xidməti sahəsində 3 il iş təcrübəsi
- MS Office (əsasən Excel, Word, 1C və Outlook)
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı
- Satış texnikaları, işgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar
- Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
- Komandada işləmək bacarığına malik olan
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.