Radius MMC

Satış məsləhətçisi

Radius MMC
500 ₼
3022
Növbəli iş
Bakı, Azərbaycan
19/02/2026 - 05/03/2026

İş haqqında məlumat

  • Məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal texnologiyası, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin alıcılara verilməsini təmin etmək
  • Cari lahiyələr, marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin alıcılara təklif edilməsini təmin etmək
  • İş məlumatlarının proqram təminatının məlumat bazasına tam şəkildə və düzgün əlavə edilməsini təmin etmək
  • Malların satışa hazırlığının təşkil edilməsini təmin etmək (malın anbardan sifarişi, onun anbardan gətirilməsi və müştəriyə çatdırılmasına nəzarət)
  • Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsini təmin etmək
  • Malların üzərində qiymət etiketinin mövcud olması, onların düzgün yerləşdirilməsi və malların üzərində qiymətlərin düzgün qeyd olunmasını təmin etmək
  • Daxil olan telefon zənglərinin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsini təmin etmək

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş vaxtı: 09:00-dan 18:00-kimi və 12:00-dan 21:00-kimi (növbəli)
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
  • Nahar şirkət tərəfindən qarşılanır;

Əmək haqqı:

  • Başlanğıc aylıq məvacib 500 manat təşkil edir + satışdan bonus

Tələblər

  • Təhsil: ALi
  • İş təcrübəsi: Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi
  • Cins: Kişi
  • Yaş həddi: 20-35 yaş
  • MS Office (əsasən Excel, Word, 1C və Outlook)
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
  • Müştəri məmnuniyyətini təmin etmə bacarığı
  • İşgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar
  • Müvafiq texniki biliklər və məhsullar barədə məlumat
  • Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığına malik olan

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.