Bakı,
Azərbaycan
04/03/2026
-
18/03/2026
İş haqqında məlumat
- Şirkətin əlaqə nömrəsinə daxil olan zənglərə cavab vermək;
- Gələn müraciətləri yönləndirmək;
- Sosial şəbəkə və sayt üzərindən gələn sorğulara cavab vermək və məlumat vermək;
- Müraciət edən şəxsləri mərkəzə imtahan üçün gəlməyə təşviq etmək;
- Daxil olan müştərilərlə imtahan və səviyyə təyini prosesini təşkil etmək;
- Uyğun proqram və qrup üzrə təklif təqdim etmək, müqavilə bağlamaq;
- Satış prosesini tam olaraq idarə etmək və nəticələndirmək;
- Müştəri məlumatlarını CRM sisteminə daxil etmək və izləmək.
Bizimlə işləməyin üstünlükləri:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;
- İnkişaf edən dil mərkəzində peşəkar komanda ilə çalışma imkanı;
- Karyera və şəxsi inkişaf üçün geniş perspektivlər;
- Dəstəkverici, beynəlxalq və çoxmədəniyyətli iş mühiti;
- Təhsil sahəsində real nəticələrə və tələbələrin uğurlarına töhfə vermək imkanı.
Tələblər
- Təhsil və ya satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili (ingilis və rus dillərindən birini bilməsi üstünlükdür);
- Ünsiyyət və inandırma bacarığı yüksək səviyyədə olmalı;
- Dəqiq, məsuliyyətli və nəticəyönümlü olmalı;
- Komandada işləmə və aktiv mühitə uyğunlaşma bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.