Texno Home

Satış məsləhətçisi

Texno Home
Ə/h razılaşma ilə
328
Tam iş günü
Bakı, Azərbaycan
14/05/2026 - 28/05/2026

İş haqqında məlumat

Müştərilərə yüksək səviyyədə xidmət göstərən, bir çox brendlərə rəsmi distribyutorluq edən, bazarda elektronik məhsulların satışını və təchizatını təşkil edən, sürətlə böyüyən və inkişafda olan bir şirkətik. Bizimlə birgə çalışaraq həm fərdi, həm də peşəkar inkişafınızı təmin edəcəksiniz!

  • Məhsulların qəbul edilməsi, yoxlanılması, rəflərə yerləşdirilməsi;
  • Müştərilərin gülərüz qarşılanması, tələbatının öyrənilməsi, müştərilərin istəyinə uyğun məhsulların təklif olunması;
  • Mağaza rəhbərinin tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
  • Əlavə bonuslar və mükafatlar;
  • Satış texnikaları və müştəri psixologiyası üzrə təlimlər;
  • Karyera yüksəlişi üçün unikal imkanlar;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki: 6 günlük, 1 gün istirahət
  • İş saatı: 09:00-18:00; 13:00-22:00 

Tələblər

  • Cinsi: Kişi
  • Satış təcrübəsi arzu olunandır;
  • Səlis Azərbaycan və Rus dili biliyi
  • İngilis dili biliyi arzu olunandır;
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Ali təhsilə üstünlük verilir;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar