Bakı,
Azərbaycan
08/07/2026
-
22/07/2026
İş haqqında məlumat
- Müştəriləri mağazada qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və uyğun elektronika mallarını təklif etmək;
- Məhsullar haqqında ətraflı məlumat vermək, texniki xüsusiyyətlərini izah etmək və müqayisəli təqdimat aparmaq;
- Anbarda olan məhsullara nəzarət etmək və onların düzgün düzülüşünü təmin etmək;
- Kassaya qədər olan satış prosesini izləmək və müştəriyə dəstək göstərmək;
- Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək;
- Satış göstəricilərinin artırılması istiqamətində mağaza rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti
- İş rejimi: 09:00 – 18:00
- Əmək haqqı: 600 AZN + bonus sistemi
Tələblər
- Satış və müştəri xidməti sahəsində bacarıqlar;
- Elektronika məhsulları haqqında əsas biliklər;
- Elektronika mallarının satışı sahəsində iş təcrübəsi;
- Məhsulları peşəkar şəkildə təqdim etmək və satışa yönləndirmək bacarığı;
- Aktiv, məsuliyyətli və ünsiyyətcil olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun