
İş haqqında
Vəzifə öhdəlikləri
Şirkət tərəfindən mağazaya göndərilən məhsulların qəbul edilməsi, say və çeşid üzrə yoxlanılması, müvafiq qaydada yerləşdirilməsi;
Məhsulların mağazada düzgün düzülüşünün, vitrin və rəflərin səliqəli saxlanılmasının təmin edilməsi;
Satış qaydaları, daxili prosedurlar və keçirilən kampaniyalar haqqında məlumatların vaxtında öyrənilməsi və tətbiq edilməsi;
Mağazaya daxil olan müştərilərin gülərüz və nəzakətli şəkildə qarşılanması;
Müştərilərin ehtiyac və tələbatlarının müəyyən edilməsi, məhsullar haqqında ətraflı və düzgün məlumatın təqdim olunması;
Müştərilərə seçim prosesində dəstək göstərilməsi və ehtiyaclarına uyğun məhsulların təklif edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi və keyfiyyətli xidmət göstərilməsi;
Satış prosesinin effektiv şəkildə həyata keçirilməsi və satış hədəflərinə çatmaq üçün səy göstərilməsi;
Məhsulların qiymətləri, mövcudluğu və xüsusiyyətləri barədə müştərilərin məlumatlandırılması;
Mağazada təmizlik və səliqənin qorunması;
Mağaza direktorunun verdiyi tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.
Namizədə tələblər
Orta və ya ali təhsil;
Satış sahəsində iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində səlis danışıq bacarığı, rus dili biliyi üstünlükdür;
Müştərilərlə düzgün ünsiyyət qurmaq və onların ehtiyaclarını anlamaq bacarığı;
Satış və təqdimat bacarığı;
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Öyrənməyə və şəxsi inkişaf etməyə həvəsli olmaq;
Müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə önəm vermək.
İş şəraiti
İş yeri: Sahil qəsəbəsi;
İş qrafiki: 6 günlük iş rejimi, həftədə 1 gün istirahət;
Şirkətdaxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi və peşəkar inkişaf imkanı.


.jpg)
.jpg)