

İş haqqında
1. Vəzifələr və məsuliyyətlər
· Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.
· Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək
· Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.
· Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.
· Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.
· Müştəri şikayət və sorğularını cavablandırmaq.
· Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.
· Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
· Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.
· Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.
2. Tələb edilən bacarıqlar və təhsil
· Orta ixtisas təhsilli.
· Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.
· Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
· Azərbaycan və rus dilləri sərbəst, ingilis dilini bilmək üstünlükdür.
· 1C proqramında işləmə bacarığı.
· Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
· Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.
· Problemləri həll etmə və qərarvermə bacarığı.
· Komanda ilə işləmə və təşəbbüskarlıq.
3. İş saatları və əmək şərtləri
Əmək haqqı: 600 AZN (+ bonus)
İş qrafiki: Növbəli iş qrafiki.
İş yeri: C. Naxçıvanski küç. 88Q - Podium Mall filialı.

.jpg)

.png)
