hrin.az
Reklam
Olivia

Satış məsləhətçisi – Kassir

Olivia

Əmək haqqı: Razılaşma

82127 oktyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiNövbəli
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYoxdur
TəhsilÜmumi-orta
Azərbaycan diliƏla
Rus diliBaşlanğıc
İngilis diliYoxdur

İş haqqında

Filiallar: Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park Mall.

Olivia Beauty & Care komandamıza Satış məsləhətçisi – Kassir vəzifəsi üzrə əməkdaşlar axtarırıq!

Vacib qeyd: Göstərilən filiallara yaxın ərazilərdə yaşayan və ya həmin ərazilərə rahat gediş-gəliş imkanı olan namizədlərin müraciət etməsi arzuolunandır.

İş öhdəlikləri:

  • Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması və müvafiq qaydada yerləşdirilməsi;
  • Müştərilərin mağazada qarşılanması, ehtiyaclarının müəyyənləşdirilməsi və məhsullar haqqında ətraflı və düzgün məlumat verilməsi;
  • Müştərilərə tələbatlarına uyğun məhsul seçimi zamanı dəstək göstərilməsi;
  • Satış qaydaları, daxili prosedurlar və kampaniyalar barədə məlumatlı olmaq və onları düzgün tətbiq etmək;
  • Kassa əməliyyatlarının müvafiq qaydalara uyğun həyata keçirilməsi;
  • Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Azərbaycan dilini səlis bilmək;
  • Rus dili biliyi arzuolunandır;
  • Satış sahəsində minimum 6 aylıq iş təcrübəsi;
  • Kosmetika və şəxsi qulluq məhsullarının satışı üzrə təcrübəyə üstünlük verilir;
  • Ünsiyyətcil, aktiv, çevik və məsuliyyətli olmaq;
  • Yaxşı ünsiyyət və satış bacarıqlarına malik olmaq.

İş şəraiti:

  • İş qrafiki: Növbəli, iki növbə üzrə: I növbə: 10:00–19:00 / II növbə: 14:00–22:00
  • İş yeri: Bakı şəhəri — Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park Mall filialları;
  • Şirkətdaxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi perspektivi.
Reklam