Xırdalan,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
ByTelecom MMC olaraq böyüməkdə olan komandamız üçün dinamik, ünsiyyətcil və satış sahəsində özünə güvənən Satış Məsləhətçisi axtarırıq!
Öhdəliklər:
- Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və ehtiyaclarını müəyyən etmək;
- Şirkətin məhsulları, xidmətləri və kampaniyaları haqqında müştərilərə ətraflı və doğru məlumat vermək;
- Satış hədəflərini (KPI) vaxtında və effektiv şəkildə icra etmək;
- Mağazadakı məhsulların vitrin nizamına və təmizliyinə nəzarət etmək.
Biz Nə Təklif Edirik?
- Rəqabətqabiliyyətli əmək haqqı: Sabit maaş + satışdan bonuslar (Yüksək qazanc imkanı);
- İnkişaf: Telekommunikasiya sahəsində peşəkar təlimlər və karyera yüksəlişi imkanı;
- Mühit: Müasir, dinamik və mehriban kollektiv;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat.
İş yeri: Bakı şəhəri Xırdalan filialı
Tələblər
- Təhsil: Ali və ya orta ixtisas təhsili;
- İş təcrübəsi: Telekommunikasiya, mobil telefon və ya pərakəndə satış sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq qabiliyyəti (Rus dili biliyi arzuolunandır);
- Şəxsi keyfiyyətlər: Əla ünsiyyət qurma, aktiv satış və inandırma bacarığı, komandada işləmək istəyi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.