Bakı,
Azərbaycan
07/01/2026
-
21/01/2026
İş haqqında məlumat
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
- Korporativ və pərakəndə müştəriləri cəlb etmək, onların ehtiyaclarına uyğun xidmət paketini formalaşdırmaq;
- Korportiv müştərilərlə işi təşkil etmək, müştəri portfelini formalaşdırmaq və idarə etmək;
- Beynəlxalq və ölkədaxili satışların təşkili, müştərilərlə iş;
- Vaxtaşırı müştərilərə təqdim olunan xidmət paketini yeniləmək və onların ehtiyaclarına mütəmadi olaraq uyğunlaşdırmaq;
- Müştərilərə mərkəzin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;
- Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;
Tələblər
- Ali təhsil;
- Müştərilərlə iş sahəsində minimum 1 illik iş təcrübəsi, (Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür)
- Dil bilikləri: Azərbaycan və rus dillərini əla bilməli, ingilis dili biliyi üstünlükdür;
- Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
Peşəkarlıq tələbləri:
- Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Satış texnikalarını, satış bazarının təhlilini bilmək;
- Təqdimat bacarığı;
- Problem həll etmək qabiliyyətli,
- Gömrük sahəsindən məlumatlı olmaq;
- Liderlik qabiliyyəti və emosional intellekt;
- Idarə etmə bacarıqları,
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Proseslərə biznes yanaşmasının olması;
- Proses idarəçiliyi bacarığı.