ALCO MMC

Satış mütəxəssisi

ALCO MMC
Ə/h razılaşma ilə
294
Tam iş günü
Bakı, Azərbaycan
10/06/2026 - 24/06/2026

İş haqqında məlumat

Satış və bazarın inkişafı

  • Şirkətin məhsullarının satışını planlaşdırmaq və həyata keçirmək
  • Potensial müştəriləri müəyyən etmək, aktiv şəkildə yeni müştəri axtarışı aparmaq
  • Yeni bazarları araşdırmaq, satış imkanlarını qiymətləndirmək
  • Müştərilərlə görüşlər keçirmək, məhsulları təqdim etmək
  • Müştəri ehtiyaclarına uyğun kommersiya həlləri təklif etmək
  • Satış hədəflərini yerinə yetirmək, dövriyyənin artımına töhfə vermək

Müştəri münasibətlərinin idarəolunması

  • Mövcud müştərilərlə dayanıqlı əməkdaşlıq əlaqələri qurmaq
  • Müştəri məmnuniyyətini sistemli şəkildə izləmək və təmin etmək
  • Daxil olan müraciət, təklif və şikayətlərə operativ müdaxilə etmək
  • Müştərilərlə mütəmadi görüşlər keçirmək, əməkdaşlıq perspektivlərini müzakirə etmək

Kommersiya fəaliyyəti

  • Kommersiya təkliflərini hazırlamaq və müştərilərə təqdim etmək
  • Müqavilə şərtlərini müzakirə etmək, razılaşmalar bağlamaq
  • Qiymət siyasətinin müəyyənləşdirilməsində iştirak etmək
  • Tender proseslərini izləmək, müvafiq sorğulara cavab vermək
  • Satış əməliyyatlarının sənədləşdirilməsini aparmaq

Analitika və hesabatlılıq

  • Satış göstəricilərini mütəmadi təhlil etmək
  • Rəqiblərin fəaliyyətini, məhsullarını və qiymət strategiyasını izləmək
  • Bazar trendlərini müşahidə etmək, təhlillər hazırlamaq
  • Gündəlik, həftəlik və aylıq hesabatları vaxtında təqdim etmək
  • Satış proqnozları hazırlayaraq rəhbərliyə çatdırmaq

Daxili koordinasiya

  • Logistika, maliyyə, istehsalat bölmələri ilə əməkdaşlıq etmək
  • Müştəri sifarişlərinin vaxtında və düzgün icrasını izləmək
  • Debitor borcları nəzarətdə saxlamaq, ödəniş intizamına əməl edilməsini təmin etmək

İş şəraiti

  • İş qrafiki - 5 günlük həftə
  • İş rejimi - Tam iş günü
  • Yer - Bakı
  • Müqavilə - Rəsmi əmək müq.
  • Əmək haqqı: Müsahibə nəticəsində müəyyənləşdirilir. Sabit maaşa əlavə olaraq KPI və satış nəticələrinə əsaslanan bonus nəzərdə tutulur.

Şirkətin təklifi

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Bazar şəraitinə uyğun rəqabətqabiliyyətli əmək haqqı
  • Satış nəticələrinə əsaslanan bonus sistemi
  • Karyera yüksəlişi imkanları
  • Peşəkar, dinamik iş mühiti
  • Şirkət daxili motivasiya və mükafatlandırma proqramları

Tələblər

Təhsil

  • Biznesin idarəolunması, marketinq, iqtisadiyyat, beynəlxalq ticarət, menecment və ya oxşar sahələr üzrə ali təhsil

Təcrübə

  • Satış sahəsində ən azı 3 illik iş stajı
  • B2B satış — mütləq şərt
  • İstehsalat, sənaye, sürtkü yağları, kimya, logistika və ya FMCG sektorunda iş təcrübəsi üstünlük sayılır
  • Korporativ müştərilər ilə işləmə təcrübəsi üstünlük sayılır

Dil bilikləri

Bu vəzifə xarici müştəri və tərəfdaşlarla daimi ünsiyyəti nəzərdə tutduğundan aşağıdakı dil bilikləri tələb olunur:

  • Azərbaycan dili — ana dili səviyyəsində
  • Rus dili — işgüzar ünsiyyət və yazışma üçün yüksək səviyyə
  • İngilis dili — kommersiya danışıqları, təqdimatlar və yazışma üçün yüksək səviyyə

Namizəd hər iki xarici dildə müqavilə və kommersiya sənədlərini başa düşmək, hazırlamaq, danışıqlar aparmaq və xarici tərəfdaşlarla şifahi-yazılı ünsiyyəti müstəqil şəkildə həyata keçirmək iqtidarında olmalıdır.

Kompüter bilikləri

  • Microsoft Office — yüksək səviyyə
  • Excel — hesabat hazırlama, məlumat təhlili
  • CRM sistemi ilə iş — mütləq şərt
  • ERP sistemi ilə iş — üstünlük

Şəxsi keyfiyyətlər

  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Nəticəyönümlülük, təşəbbüskarlıq
  • Analitik düşüncə
  • Yüksək məsuliyyət hissi, intizam
  • Komandada işləmək bacarığı, liderlik potensialı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.