Satış Mütəxəssisi (Avropa və Türkiyə Universitetləri üzrə)
EDDE Global
Ə/h razılaşma ilə
207
Tam iş günü
Bakı,
Azərbaycan
25/05/2026
-
08/06/2026
İş haqqında məlumat
EDDE Global komandasına iki ayrı istiqamət üzrə Satış Mütəxəssisi axtarışındayıq:
- Satış Mütəxəssisi — Avropa universitetləri üzrə
- Satış Mütəxəssisi — Türkiyə universitetləri üzrə
Əgər təhsil sahəsinə marağınız varsa, insanlarla işləməyi sevirsinizsə və karyeranızı dinamik bir mühitdə qurmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!
- Müraciət etdiyiniz istiqamət (Avropa və ya Türkiyə) üzrə universitetlərdə təhsil almaq istəyən namizədlərə məsləhət xidmətinin göstərilməsi
- Müraciətdən müqaviləyə qədər satış prosesini idarə etmək
- Müştəri bazasını CRM-də idarə etmək
- Aylıq satış hədəflərinə nail olmaq
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- 5 günlük iş həftəsi, ofisdə tam ştat iş rejimi
- Əmək haqqı: razılaşma yolu ilə (+ satış bonusları)
- Peşəkar inkişaf və təlim imkanları
- Beynəlxalq təhsil mühitində karyera yüksəlişi
- Təhsil sərgilərində və tədbirlərdə şirkəti təmsil etmək
- Komanda və digər şöbələrlə sıx əməkdaşlıq
Tələblər
- Ali təhsil
- Azərbaycan və türk dillərini səlis bilmək; ingilis dili biliyi (xüsusilə Avropa istiqaməti üçün)
- Güclü ünsiyyət, inandırma və danışıqlar aparma bacarığı
- Nəticəyə yönəlik, məsuliyyətli və komandada işləmək bacarığı
- MS Office proqramları və CRM sistemləri ilə işləmək bacarığı
- Avropa və Türkiyə təhsil sistemi haqqında ümumi məlumat üstünlükdür
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.