Bakı,
Azərbaycan
12.06.2025 11:40
-
12.07.2025 12:00
İş haqqında məlumat
Enerji dolu və ünsiyyətcil satış nümayəndəsi axtarırıq!
Əgər sən, yaxşı fiziki formadasan və gəzərək işləməkdən qorxmursan, yeni tanışlıqları sevirsən, məhsulun möhtəşəm müsbətləri haqqında danışmağı bacarırsan və insanlarla asan şəkildə ünsiyyət qura bilirsənsə - bizə qoşul!
"Yox" cavabı aldıqda belə, təslim olmayıb, məhsula diqqət cəlb etməyin digər yollarını axtarırsan, məqsədyönlü, yüksək ambisiyalara sahib və həqiqətən pul qazanmaq istəyən birisənsə, bu sənin şansındır!
- İş üçün telefon və internet xərcləri şirkət tərəfindən qarşılanır;
- İş qrafiki: Bazar ertəsi - Cümə/ 09:00 - 18:00;
- Maaş: 1000 AZN-dən başlayaraq, yuxarı hədd yoxdur. (fix + %);
- Ətraflı məlumat müsahibə zamanı veriləcək.
Tələblər
- Ünsiyyəti və yeni tanışlıqları sevirsən;
- Ofisdən kənar, müxtəlif ərazilərdə işləməyə hazırsan;
- Özündən əmin şəkildə danışıb, maraq cəlb etməyi bacarırsan;
- Nəticəyönümlü şəkildə işləməyə hazırsan;
- Çətin vəziyyətlərdən qorxmursan və insanları razı salmağı bacarırsan;
- Rəqəmsal məhsullar sənə yad deyil (tətbiqlər, saytlar və s.);
- Azərbaycan dilində səlis danışırsan;
- Rus dili biliyi üstünlükdür.