Around Group

Satış nümayəndəsi

Around Group
840 ₼
512
Tam iş günü
Bakı, Azərbaycan
30/06/2026 - 30/07/2026

İş haqqında məlumat

Around Group 25 ildən artıqdır ki, ticarət marketinqi, satış komandalarının idarə olunması, satış kanallarının inkişafı, tədbirlərin təşkili, rəqəmsal həllər və insan resursları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir.

  • Şirkət yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək müxtəlif sahələr üzrə uğurlu layihələr həyata keçirir. Xidmət portfelimizə BTL və promo layihələri, tədbirlərin təşkili, kadr seçimi və təlimi, eləcə də veb həllər, SMM, media təşviqatı və digər rəqəmsal xidmətlər daxildir.
    Hazırda komandamızı genişləndirmək məqsədilə Horeca Satış Nümayəndəsi vakansiyası üzrə yeni əməkdaşlar axtarırıq.

Vəzifə öhdəlikləri

  • HORECA məkanlarında (restoran, kafe, bar və tədbirlərdə) premium tütün qızdırıcı cihazının təqdimatı və satışını həyata keçirmək;
  • Müştərilərə məhsulun xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat vermək;
  • Yüksək xidmət standartlarına uyğun peşəkar müştəri təcrübəsi yaratmaq;
  • Satış planlarının icrasında aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə nail olmaq;
  • Brendi şirkətin standartlarına uyğun şəkildə təmsil etmək.

İş şəraiti və təkliflərimiz:

  • Əmək haqqı: 840 AZN NET + satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • İş qrafiki: Həftədə 5 iş günü, 18:00 – 01:00;
  • İstirahət günləri: Bazar ertəsi və Çərşənbə axşamı;
  • Şirkət tərəfindən nəqliyyat və iş forması ilə təminat;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik, innovativ və peşəkar iş mühitində çalışma imkanı.

Tələblər

  • Orta və ya natamam ali təhsil;
  • Satış və ya promo sahəsində minimum 1 il iş təcrübəsi;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Komandada işləmək bacarığı;
  • Xarici dil bilikləri üstünlük hesab olunur;
  • Yaş: 21–35;
  • Cins: Xanım namizədlər.

Maraqlanan namizədlərdən CV-lərini "Satış nümayəndəsi" mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərmələri və ya +994 10 253 59 56  // +994 10 239 34 31 WhatsApp nömrəsi vasitəsilə bizimlə əlaqə saxlamaları xahiş olunur.


Oxşar vakansiyalar