Sumqayıt,
Azərbaycan
16/07/2026
-
30/07/2026
İş haqqında məlumat
- Müştərilərlə mütəmadi olaraq zəng vasitəsilə əlaqə saxlamaq və müştəri məmnuniyyətini diqqətə almaq;
- Müştərilərdən göstərilən xidmət və ya məhsullarla bağlı rəylər (feedback) almaq;
- Alqı-satqı və xidmət müqavilələrini hazırlayıb təsdiq etdirmək;
- Satış aktlarını hazırlayıb təsdiqlətdirmək;
- İstehsalat və satış şöbələri arasında əlaqəni qorumaq, proseslərin ardıcıllığını təmin etmək;
- İstehsalata verilən sifarişləri yoxlamaq, detallı analiz etmək və təsdiqini həyata keçirmək.
- Müştərilərdən mail vasitəsilə sifarişləri qəbul edib istehsalata yönləndirmək;
- Gec sifariş verən müştərilərlə əlaqə yaradaraq gecikmənin səbəblərini araşdırmaq və öyrənmək;
- Müştərilərin hər hansı şikayətləri olduqda onları dinləmək, qeydiyyata almaq və operativ şəkildə rəhbərliyə təqdim etmək;
İş şəraiti:
- İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
- İş qrafiki: həftə içi 5 gün (09:00-18:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ mobil nömrə;
- Servis xidməti (Sumqayıt şəhəri).
Tələblər
- Ali təhsil (Bakalavr dərəcəsi);
- MS Office proqramları üzrə biliklər (işləmək bacarığı);
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun