Minor Electronics

Satış nümayəndəsi (Ağdaş şəhəri)

Minor electronics
400 ₼
4807
Tam iş günü
Ağdaş, Azərbaycan
25.09.2025 05:45 - 25.10.2025 12:00

İş haqqında məlumat

  • Mağaza məhsullarının satışını həyata keçirmək;
  • Mağaza qaydalarına əməl etmək;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək çeşidləri təqdim etmək;
  • Məhsulları təmiz və səliqəli şəkildə vitrinə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət;
  • Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq;
  • Satış texnikasının üslublarından effektiv istifadə etmək;
  • Müştəri məmnuniyyətinin təmin etmək.

İş rejimi

  • İş rejimi: 6  günlük iş qrafiki ;
  • Əmək haqqı: 400 azn + satışdan bonus;
  • İş yeri: Ağdaş şəhəri, Müşviq İsayev küç. 2 B.

Müvafiq tələblərə uyğun olan CV-lərinizi mövzu yerinə “Satış nümayəndəsi ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Tələblər

  • Yaş həddi: 20-35;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;
  • İş təcrübəsi: Elektronika və məişət malların satışı üzrə ən az 1 il  təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir;
  • Komandada işləmək bacarığı;
  • Satış prinsipləri, müştəri xidməti standartları barədə biliklər;
  • Pozitiv, müştəriyönümlü, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti, yüksək təqdimat bacarığı, şəxsi inkişafa meylli, nəticə üçün işləmək bacarığı;
  • İşgüzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan.


Oxşar vakansiyalar