Cahan Motors

Satış şöbəsinin müdiri

Cahan Motors
Ə/h razılaşma ilə
1828
Tam iş günü
Bakı, Azərbaycan
12/03/2026 - 26/03/2026

İş haqqında məlumat

Şirkətimiz tikinti lmateriallarının satış fəaliyyətini idarə edəcək, satış strategiyasını formalaşdıracaq və satış komandasının effektiv fəaliyyətini təmin edəcək təcrübəli “Satış müdiri” axtarır.

  • Şirkətin satış strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
  • Tikinti məhsullarının satış prosesinin planlaşdırılması və idarə olunması;
  • Satış komandasının fəaliyyətinin təşkili, idarə olunması və motivasiyası;
  • Satış planlarının hazırlanması və satış hədəflərinə nail olunmasının təmin edilməsi;
  • Bazarın, rəqiblərin və müştəri davranışlarının analiz edilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
  • Strateji tərəfdaşlıqların qurulması və korporativ müştərilərlə danışıqların aparılması;
  • Satış göstəricilərinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Marketinq və digər şöbələrlə koordinasiyalı fəaliyyətin təmin edilməsi.

İş şəraiti

  • Sektor: Tikinti Materialları
  • İş rejimi: 5 günlük 
  • Əmək haqqı: Razılaşma yolu ilə (Sabit Ə/H + bonus)


 

Tələblər

  • Azərbaycan dilində rahat ünsiyyət qurma bacarığı, rus dili və ingilis dili biliyi arzuolunandır .
  • Satış sahəsində minimum 10 il, o cümlədən satış müdiri vəzifədə  minimum 5 il;
  • Tikinti, plastik qapı pəncərə profili, boru, fitting və radiator sektorunda satış təcrübəsi üstünlükdür;
  • Satış strategiyasının hazırlanması və komanda idarəetməsi üzrə güclü bacarıqlar;
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Dəqiqlik və yüksək məsuliyyət;

Yalnız tələblərə uyğun namizədlərin müraciətinə dönüş ediləcək. Tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar