Bakı,
Azərbaycan
14/01/2026
-
28/01/2026
İş haqqında məlumat
- Satış komandasına daxil olan gündəlik sorğuların (RFQ) operativ və dəqiq şəkildə işlənməsi
- Müştəri tələblərinin təhlili və uyğun texniki–kommersiya həllərinin formalaşdırılması
- Bazar araşdırılmasının aparılması, yerli və xarici istehsalçılardan məhsul və qiymət məlumatlarının toplanması
- Alınan qiymətlərin müqayisəli təhlili və ən uyğun, rəqabətqabiliyyətli satış təklifinin hazırlanması
- İstehsalçılar, təchizatçılar və partnyorlarla yazışmaların və danışıqların aparılması
- Hazırlanan təkliflərin satış komandası ilə koordinasiyası və vaxtında təqdim edilməsi
- Sorğular üzrə statusların izlənməsi və daxili hesabatların hazırlanması
- Satış prosesinin təkmilləşdirilməsi üçün təklif və təşəbbüslərlə çıxış etmək
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Satış yönümlü dinamik iş mühiti
- Karyera inkişafı və peşəkar böyümə imkanı
- Yerli və beynəlxalq layihələrdə iştirak
İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00)
Tələblər
- Ali təhsil (iqtisadi, mühəndislik və ya texniki sahə üstünlükdür)
- Satış, tender və ya RFQ üzrə minimum 3–5 il iş təcrübəsi
- Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür)
- MS Excel və MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşünmə, qiymət analizi və prioritetləşdirmə bacarığı
- Yüksək məsuliyyət, operativlik və komanda ilə işləmə qabiliyyəti
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.