SC

Satış təmsilçisi

"SER Company" MMC
1500 ₼
1492
Tam iş günü
Bakı, Azərbaycan
30.05.2025 12:49 - 30.06.2025 12:00

İş haqqında məlumat

Şirkət haqqında: Həm şirkətin özü tərəfindən idxal olunmuş, həm də daxili istehsalçılardan təmin etdiyi özünə məxsus  qida məhsullarını Bakı şəhəri və Abşeron rayonunda ticarət obyektlərinə distribyusiya edir. Limonad,  içkilər, salfetka, kompot, turşu, dənli bitkilər, qənnadı məmulatlar satdığı əsas məhsul qruplarıdır. Regionlarda isə nümayəndəlikləri var.  

“Ser Company” şirkətinə qoşulmaqla Siz əldə edəcəksiniz: 

  • Adekvat əmək haqqı və satışa görə bonuslar;
  • Telefon danışıqları və yanacaq haqqının ödənilməsi;
  • Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi;
  • AR qanunvericiliyinə uyğun sənədləşmə;

Vəzifə öhdəlikləri: 

  • Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək; 
  • Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək; 
  • Təyin olunmuş satış və  kassa planlarının icrası; 
  • Müştərilərdən ödənişlərin toplanması; 
  • Yeni məhsulların ticarət nöqtələrində təqdimatı; 
  • Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi; 
  • Satışın stimullaşdırılması üçün tədbirlər görmək; 
  • Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.

İş qrafiki:

  • Həftəiçi 5 gün;
  • İş saatı:   09.00 - 18.00;
  • İstirahət günləri: şənbə və bazar;
  • Əmək haqqı: (fix + bonus) 1500+.
  • Ünvan: Azərbaycan, Bakı şəhəri, Nizami Rayonu, Mehdi Abbasov küçəsi 43. (Q.Qarayev   metro/st.yaxınlığı);
  • Əlaqə nömrəsi: (+994 55)  505 99 83.

Tələblər

  • Ali və ya orta təhsil; 
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Yaş həddi: 25-45;
  • Yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı;
  • Bakı şəhərini, onun rayonları və kəndləri üzrə məntəqələri tanımaq;
  • Məsuliyyətli, dəqiq, ciddi, inkişafa meyilli olma;
  • Sürücülük vəsiqəsi (B kategoriya), şəxsi minik avtomobili.


Oxşar vakansiyalar