Arzum Beauty House

Satış təmsilçisi

Arzum Beauty House
500 ₼
2749
Növbəli iş
Bakı, Azərbaycan
27/11/2025 - 27/12/2025

İş haqqında məlumat

  • Mağazaya daxil olan müştərini gülərüz və nəzakətlə salamlamaq;
  • Müştərinin ehtiyaclarını müəyyən etmək, diqqətlə dinləyib və sorğularını dəqiqləşdirmək;
  • Müştərinin istəklərinə uyğun məhsulu təqdim etmək, məhsulun keyfiyyəti, xüsusiyyətləri, istifadəsi və qiyməti barədə dolğun məlumat vermək.Alternativ məhsullar təklif edərək müştərinin seçim imkanlarını genişləndirmək;
  • Müştərinin verdiyi suallara dəqiq, düzgün və aydın cavab vermək;
  • Məhsulların qiymət etiketlərinin düzgün qeyd olunmasına, kampaniya və endirim dövrlərində qiymətlərin vaxtında yenilənməsinə nəzarət etmək;
  • Müştərinin doğru seçim etməsinə kömək edib, alış prosesini asanlaşdırmaq;
  • Müştəri məhsul almağa qərar verdikdə onu nəzakətlə kassaya yönləndirmək.;
  • Satış zalında məhsulların səliqəli, düzgün və standartlara uyğun şəkildə düzülməsinə nəzarət etmək;
  • Mağaza daxili qaydalara, etik davranış normalarına və intizam tələblərinə əməl etmək;
  • Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri, stoku və qiymətləri haqqında tam informasiyaya sahib olmaq;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və düzgün icra etmək.

İş rejimi

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş vaxtı: 10:00-dan 22:00-kimi (2 növbəli qrafik)

Əmək haqqı:

  • Başlanğıc aylıq məvacib 500 manat FİX təşkil edir + bonus;
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:

  • Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Tələblər

  • Təhsil: Orta təhsil;
  • İş təcrübəsi: 1 ilə kimi;
  • Məsuliyyətli olmaq.