Bakı,
Azərbaycan
03/06/2026
-
17/06/2026
İş haqqında məlumat
Falcon X komandası böyüyür!
Marketinq və İT həlləri sahəsində fəaliyyət göstərən agentliyimizə enerjili, ünsiyyət qurmağı sevən və nəticə əldə etməyə fokuslanan Satış Təmsilçisi axtarırıq. Əgər satış sahəsində karyera qurmaq, sürətlə inkişaf edən bir komandada çalışmaq və yüksək nəticələr əldə etmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
- Müştərilərlə peşəkar və effektiv ünsiyyətin qurulması
- Marketinq və İT xidmətlərinin təqdimatı və satışı
- Yeni müştərilərin cəlb olunması və mövcud müştəri portfelinin idarə edilməsi
- Satış prosesinin planlaşdırılması və icrası
- Müştəri ehtiyaclarının təhlil edilərək uyğun həllərin təqdim olunması
- Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin edilməsi
Biz nə təklif edirik?
- Stabil və uzunmüddətli iş imkanı
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- Rahat ofis mühiti və peşəkar komanda
- Karyera inkişafı və davamlı öyrənmə imkanları
- Motivasiyaedici əmək haqqı və bonus sistemi
- Dinamik və innovativ layihələrdə iştirak imkanı
Tələblər
- Satış, müştəri xidmətləri və ya biznes inkişafı sahəsində təcrübə və ya güclü maraq
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma
- Komandada işləmək və sürətli adaptasiya qabiliyyəti
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
- Marketinq və ya İT sahəsində təcrübə üstünlük hesab olunur
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.