My Group Holding

Satış təmsilçisi (Aptek kanalı üçün) (My Grocery MMC)

My Group Holding MMC
1300 ₼
550
Tam iş günü
Bakı, Azərbaycan
26/08/2026 - 26/09/2026

İş haqqında məlumat

  • Bakı şəhəri üzrə aptek nöqtələrinin mütəmadi ziyarət edilməsi;
  • Aptek şəbəkəsinin deposundan ayrı-ayrı aptek nöqtələrinə məhsulların göndərişinin sifarişlərə uyğun şəkildə formalaşdırılması və koordinasiya edilməsi;
  • Məhsulların aptek nöqtələrində satışının artırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi;
  • Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə və görünüşünə nəzarət edilməsi;
  • Aptek nöqtələrində şirkətin və məhsulların düzgün təmsil olunmasının təmin edilməsi;
  • Yeni aptek nöqtələrinin müəyyən edilməsi və əməkdaşlığın qurulması;
  • Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi;
  • Sifarişlərin, satışların və müştəri məlumatlarının müvafiq qaydada qeydiyyatının aparılması;
  • Məhsulların stok vəziyyətinin və tələbatının izlənilməsi;
  • Rəqiblərin fəaliyyəti, qiymətləri və bazardakı yeniliklər barədə məlumatların toplanması;
  • Gündəlik görülən işlər və satış nəticələri barədə hesabatların təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər satış yönümlü tapşırıqların icra edilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Distribusiya sahəsində təcrübənin olması üstünlükdür;
  • Aktiv satış və müştəri ilə ünsiyyət bacarığı;
  • Danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma;
  • Azərbaycan dilində səlis danışıq və ünsiyyət bacarığı;
  • Bakı şəhəri üzrə aptek şəbəkəsi və satış nöqtələri ilə işləməyə hazır olmaq;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • İşin dinamik və sahədə olmasını nəzərə alaraq operativ və çevik işləmə bacarığı.

İş şəraiti:

  • Əmək haqqı:    1300 man (nahar, yol xərci daxil);
  • İş qrafiki:        5 günlük;
  • İş yeri:             Bakı şəhəri ərazisi.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi (Aptek kanalı üçün)” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


Oxşar vakansiyalar