Collezione İtalia

Satış təmsilçisi – Santexnika

Collezione İtalia
Ə/h razılaşma ilə
1520
Tam iş günü
Bakı, Azərbaycan
26.05.2025 23:20 - 26.06.2025 12:00

İş haqqında məlumat

  • Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
  • Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
  • Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
  • Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
  • Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
  • Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
  • Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
  • Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
  • Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq; 
  • Sərgilərdə və iş görüşlərində iştirak;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 iş günü, istirahət- bazar günü;
  • İş saatı: 10:00-19:00.

Tələblər

  • Premium seqmentdə ən az 2 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti; 
  • MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Satış texnikası haqqında biliyin olması;
  • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.


Oxşar vakansiyalar