Şəki,
Azərbaycan
12/06/2026
-
12/07/2026
İş haqqında məlumat
- Müştərilərə Azercell nömrələrinin və xidmətlərinin təqdim olunması və satışı;
- Müştəriyə nömrə seçimi və tariflər barədə ətraflı məlumat vermək;
- Müştərilərlə mehriban və peşəkar ünsiyyət qurmaq;
- Satış planının icrası və aylıq hədəflərə çatmaq;
- Müştəri məlumatlarını düzgün və tam şəkildə sistemə daxil etmək;
- Şirkət qaydalarına uyğun sənədləşməni aparmaq;
- Mövcud və yeni kampaniyalar haqqında məlumatlı olmaq və müştərilərə təklif etmək;
- Müştəri məmnuniyyətini təmin etmək və yaranan sualları cavablandırmaq;
- Satış sonrası dəstəyi təmin etmək (məs: aktivləşmə, texniki yönləndirmə);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Əlavə məlumat:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
- İş qrafiki: 6 günlük iş qrafiki.
- İş yeri: Şəki şəh.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
- Komandada işləmək bacarığı;
- Kompüter bilikləri (MS Office proqramları ilə işləmək bacarığı);
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Satış hədəfləri ilə işləmək bacarığı.
Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Satış təmsilçisi (Şəki)” adını qeyd edərək göndərə bilərlər.