Grand Motors MMC

Satış üzrə Analitik

Grand Motors MMC
Ə/h razılaşma ilə
1089
Tam iş günü
Bakı, Azərbaycan
05/12/2025 - 12/12/2025

İş haqqında məlumat

  • Müxtəlif mənbələrdən məlumatı əldə etmək, təmizləmək, emal etmək və analizə hazırlamaq;
  • Power BI-da müntəzəm hesabatlar və məlumat lövhələri yaratmaq və saxlamaq;
  • Məlumat lövhələrinin keyfiyyətini və yenilənmələrin vaxtında aparılmasını təmin etmək;
  • Verilənlər bazası ilə işləyərək analiz və hesabat üçün məlumat toplamaq;
  • Məlumat çıxarma və transformasiya alqoritmlərini hazırlamaq və optimallaşdırmaq;
  • Verilənlər bazası sorğularının performansını təhlil etmək və yaxşılaşdırmaq;
  • Məlumat modellərini dizayn etmək və analitik metriklərin hesablanması qaydalarını müəyyənləşdirmək.

İş şərtləri:

  • Əmək haqqı: 731-842 AZN;
  • İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);   
  • Servis xidməti.   

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).   

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə 1 il təcrübə;
  • Əla səviyyədə Excel və Power Bi bilikləri olmalı;
  • Analitik bacarıqlara sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Analitik” yazaraq link vasitəsilə müraciət etmələri xahiş olunur:


Oxşar vakansiyalar